15  Dekabr  2007 15  Dekabr  2007 15  Dekabr  2007 بعثه مقام معظم رهبری در گپ بعثه مقام معظم رهبری در سروش بعثه مقام معظم رهبری در بله
15  Dekabr  2007 15  Dekabr  2007 15  Dekabr  2007 15  Dekabr  2007 15  Dekabr  2007

15 Dekabr 2007

  İSLAM İNQİLABININ BÖYÜK RƏHBƏRİ AYATULLAH-UL-UZMA SEYYİD ƏLİ HÜSEYNİ XAMENEİ CƏNABLARININ ALLAH EVİNİN ZİYARƏTÇİLƏRİNƏ OLAN  BƏYANATI   BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM   Əlhəmdu lillahi

 
İSLAM İNQİLABININ BÖYÜK RƏHBƏRİ AYATULLAH-UL-UZMA SEYYİD ƏLİ HÜSEYNİ XAMENEİ CƏNABLARININ ALLAH EVİNİN ZİYARƏTÇİLƏRİNƏ OLAN  BƏYANATI
 
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
 
Əlhəmdu lillahi rəbbil aləmin.
 
Vəssəlatu vəssəlamu əla səyyidina Muhəmmədinil Mustafa və əla alihil ətyəbinə və səhbihil muntəcəbin. 
 
Allah evinin ziyarətçilərinə, eşq mənzilinin qonaqlarına və Onun dəvətinə ləbbeyk deyənlərə salam olsun!
 
İlahi zikrdən təravət tapan, Onun tükənməz rəhmət və feyzinə yol açan qəlblərə alqışlar olsun!
 
Bu iksirə bənzər günlər, gecələr və saatlarda qədir-qiymət bilən, özlərini mənəviyyat axarına tapşıran tövbə və istiğfarla ürək və canlarına nuraniyyət qatan bu müqəddəs anlarda ardıcıllıqla yetişən İlahi rəhmət dalğalarında şirk və günah pasını canlarından təmizləyib atan çoxlu insanlar var. Belə pak qəlblərə və bu qəlb sahiblərinə Allahın salamı olsun!
 
Bütün bacı və qardaşların bu həqiqət haqqında fikirləşmələri və bu böyük fürsəti qənimət saymaları təqdirə layiqdir. Həmişə düçar olduğumuz maddi həyatımızın məşğuliyyətləri burada da başımızı qatmasın. Allahı yada salmaq, tövbə və yalvarış, sədaqət, doğruluq və düzgün fikirləşməyi istəmək, Allahdan yardım diləməklə öz çırpınan ürəklərini xalis mənəviyyat və tövhid fəzasında seyr etdirərək, Allah və haqq yolunda sabit qalmaq üçün  azuqə toplasınlar. Bura xalis və əsl tövhidin mənbəyidir. Burada İbrahim Xəlil əleyhissalam öz bədəninin bir parçasını qurbangaha gətirməklə, tövhid məzhəri olan nəfsə qələbə çalma və İlahi əmr qarşısında birbaşa tabeçiliyi ilə bəşəriiyyət tarixinin bütün tövhidçiləri üçün yadigar qoydu. Elə burada Həzrət Məhəmməd Müstəfa (s) öz zamanının hegemonları, sərvət və qüdrət sahibləri qarşısında tövhid bayrağını yüksəltdi, zülümkarlara qarşı nifrəti, Allaha imanla birgə, nicat və xoşbəxtliyin şərti saydı: " Hər kəs tağuta qarşı çıxsa və Allaha iman gətirsə möhkəm dəstəkdən yapışmışdır..."(Bəqərə surasi 256-cı ayə)
 
Həcc bu böyük dərsləri yada salmaq və öyrənmək deməkdir. Müşriklərə nifrət bəsləmək, büt və bütpərəstlərə qarşı çıxmaq, möminlərin həccinin əsasıdır. Həccin müxtəlif əməlləri Allaha ürək bağlamağın, Onun yolunda canfəşanlığın, şeytana qəzəblə-nərək onu rədd etməklə qarşısında dayanmağın göstəricisidir, Həccin bütün əməlləri qiblə əhlinin birlik və ittihad məzhəri olub, təbii və ötəri fərqlərin aradan qalxması, müsəlmanların həqiqi iman qardaşlığının və vəhdətinin qabardılmasıdır. 
 
Bunlar biz müsəlmanların dünyanın  hər bir nöqtəsində olmasına baxmayaraq həyat və gələciyimizi onun əsasında proqramlaşdırmaq üçün öyrənməsi lazım olan dərslərdir.    
 
Quran düşmənlər qarşısında sarsılmaz müqaviməti, möminlər arasında mehribanlığı və səmimiyyəti,Allah qarşısında bəndəliyi və kiçilməyi islam cəmiyyətinin üç əsas ünsürü hesab etmişdir: "Məhəmməd Allahın rəsulu və onunla birgə olanlar kafirlərə qarşi qəzəbli, öz aralarında isə mehribandırlar. Onları Allahın mərhəmət və razılığını qazanmaq üçün rüku və səcdə halında görərsən..." (Fəth surəsi 29)
 
Bu üç əsas ünsürislam ümmətinin şərəfli və əzəmətli gövdəsini ucaltmaqdan ötrüdür.
 
Hər bir müsəlman bu həqiqəti nəzərə alaraq islam dünyasına yönələn bugünkü xətərləri düzgün şəkildə tanıya bilər.
 
Bu gün islam ümmətinin hiyləgər düşməni, islami oyanışı öz qeyri-qanuni mənfəətlərinə və islam dünyasına zülmkarlıqla hökmranlıq etmələrinə böyük təhlükə sayan, istismar mərkəzlərini idarə edən tamahkar və təcavüzkar qüdrət-lərdir. Bütün müsəlman millətlər, onların başında duran siyasətçilər, din alimləri, ziyalılar və ölkələrin milli rəhbərləri gərək təcavüzkar düşmənin qarşısında islami birliyi daha möhkəm qursunlar. Gərək bütün qüdrət ünsürlərini özlərində toplayıb islam ümmətini yenilməz bir qüdrətə çevirsinlər. Bilik və maarif,  ayıqlıq və idarəçilik, məsuliyyət hissi və vəzifəyə əməl etmək... bütün bunlar islam ümmətini izzətə, müstəqilliyə, maddi və mənəvi inkişafa çatdıran, düşməni isə tamahkarlıqda, islam ölkələrinə göz dikməkdə məyus qoyan əsas amillərdir. 
 
Möminlərə qarşı mehriban olmaq islam ümməti üçün ikinci ünsür və arzu olunan  vəziyyətə yetişmək deməkdir. Müsəlmanlar arasında ixtilaf və qarşıdurma təhlükəli bir xəstəlikdir ki, hamı bütün gücü ilə onu müalicə etməyə çalışmalıdır. Bizim düşmənlərimiz tarix boyu bu sahədə də geniş və davamlı fəaliyyətə məşğul olublar.Və düşməni qorxuya salan bugünkü  islam oyanışı, onları daha çox təşvişə salmışdır. İnsansevərlərin sözünün canı budur ki, məbada xırda fərqlər və məzhəblərin müxtəlifliyi ziddiyyətə və qarşıdurmaya səbəb olsun. 
 
İran xalqı müsəlman qardaşların arasina ixtilaf salmaq istəyən düşmənlərin məkrlərindən agah olduğu üçün bu ili " İSLAM BİRLİYİ " adlandırdı. Təəssüflər olsun ki, Fələstin, Livan, İraq, Pakistan və Əfqanıstanda düşmənin hiylə və məkrləri həyata keçdi. Bəzi müsəlman ölkələrində xalqın bir hissəsi digər bir hissəsi ilə mübarizə və döyüşə qalxaraq bir-birlərinin qanını tökdülər. Ayıq və bəsirətli insanlar, bütün bu acı və müsibətli hadisələrdən düşmənin hiylələrini açıq aşkar şəkildə müşahidə etdilər.
 
Quranın " möminlər öz aralarında mehribandırlar " göstərişi, islami ixtilafın əsasını aradan qaldırır.   Siz bu əzəmətli günlərdə, həccin müxtəlif əməllərində müsəlman- ların yerindən və məzhəbindən aslı olmayaraq bir evin başına təvaf etmələrini görə bilərsiniz. Hamı bir qibləyə sarı namaz qılır, hamı eyni vaxtda şeytani-rəcimi daşlayırlar. Qurbanlıq əməlində istək və arzular bir şəkildə formalaşır. Hamı Ərəfat və Məşər çölündə bir-birlərinin  kənarında əyləşib dua və munacata məşğul olurlar... İslami məzhəblər bir çox vacib məsələlərdə, köklü inanc və hökmlərdə  də həcdə olduğu kimi bir-birlərinə yaxındırlar. Belə olduğu halda axı nəyə görə yersiz təəssübkeşliklər və bədgümanlıqlar onların arasında şölələnsin! Bir halda ki, düşmənin xain əli onları külə çevirən bu şölədə önəmli rol oynayır. Bu gün bəziləri öz dar düşüncələri və ağılsızlıqları ilə məntiqsizcəsinə müsəlmanların böyük bir hissəsini müşrik bilir, onların qanlarını belə mübah sayırlar. Bunlar bilə-bilə və ya bilməyərəkdən küfrün, şirkin və istismarın xidmətçilərinə çevril-mişlər. Dinin və dindarlığin əzizlənməsi sayılan Həzrət Peyğəmbərin (s), övliyaların və imamların (ə) müqəddəs mərqəd-lərinə hörmət bəsləməyi şirk və küfr hesab edənlər özləri kafirlərə, zalımlara nökərçilik edib, onların çirkin məqsədlərinə dəstək olurlar. 
 
Əqidəli alimlər, dindar ziyalılar və sadiq rəhbərlər gərək bu xətərli məsələlərlə mübarizə aparsınlar.
 
Bu gün islam birliyi ən vacib məsələlərdən biridir ki, aqil və mehriban insanların köməyi ilə həll olmalıdır.          
 
İzzətin, şərəfin bu iki əsası, yəni bir tərəfdən istismarçılar qarşısında iqtidarlı dayanış və birləşmə, digər tərəfdən müsəlmanlar arasında mehribanlıq, yaxınlıq və qardaşlıq üçüncü əsasla, yəni Tanrı qarşısında kiçilmək, bəndəliklə yanaşı olarsa bu ümmət, islamın ilkin dövründə yaşayan müsəlmanları əzəmət və izzətin qülləsinə çatdıran yolda ardıcıl olaraq irəliləyəcəklər. Nəticədə müsəlman millətlər son əsrlərdə onlara təhmil olmuş həqarətli gerilikdən xilas olacaqlar. Bu böyük hərəkətin başlanğıcı görünməkdədir. Belə ki, oyanış dalğaları islam dünyasının hər yerində hərəkətə gəlmişdir. Düşmən və əlaltılarının informasiya vasitələri çalışırlar ki, islam dünyasının hər bir yerində baş qaldıran azadlıq və ədaləttələb hərəkatları İrana və ya şiəliyə bağlasınlar. Buna görə islami oyanışın ilkin qalib bayraqdarı olan İran, müsəlman ölkələrinin qeyrətli insanları tərəfindən siyasi və mədəni sahələrdə onlara vurulan zərbələrin məsul və səbəbkarı sayırlar. Onlar 33-günlük müharibədə hizbullahın misilsiz şücaətini, işğalçıların bəyənmə-dikləri məclis və dövlətin yaranmasına səbəb olan İraq xalqının tədbirli müqavimətini,  qanuni Fələstin  dövlətinin və fədakar millətinin valehedici səbrlə mübarizəsini və müsəlman ölkələrində islamın yenidən baş qaldırma nişanələrindən çoxuna, islam dünyasının birgə hımayəsinin qarşısını almaq üçün irançılıq və şiəçilik töhməti vururlar. Amma  onların bu hiyləsi, Allah yolunda cihad edənlərin və Onun dininə kömək edənlərin qələbəsi olan İlahi sünnət və qanunu ilə bacara bilməz.
 
Gələcək islam ümmətinindir! Hər birimiz özünə görə, bacarığı, tutumu və məsuliyyəti çərçivəsində bu gələcəyi tezləşdirə bilərik. 
 
Həcc mərasimi, siz xoşbəxt hacılara bu borcu keçmişdəkindən daha artıq ödəməyə hazır olmaq üçün böyük fürsətdir. Ümid edirəm İlahi tərəfindən olan müvəffəqiyyət və intizarını çəkdiyimiz Həzrət Məhdinin (əc) duası bu böyük məqsədə çatmaq üçün sizə kömək olsun.
 
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh.
 
SEYYİD ƏLİ HÜSEYNİ XAMENEİ
4 Zilhiccə 1428 h.q.
15  Dekabr  2007


| شناسه مطلب: 11398







نظرات کاربران