Aran
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Böyük Həcc Konqresinə ünvanlanmış müraciətində İslam Dünyası məsələlərinə diqqətin göstərilməsini və İslam Ümməti ilə əlaqədar məsələlər
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Böyük Həcc Konqresinə ünvanlanmış müraciətində İslam Dünyası məsələlərinə diqqətin göstərilməsini və İslam Ümməti ilə əlaqədar məsələlər barəsində uzunmüddətli və hərtərəfli baxışın olmasını həcc zəvvarları və təşkilatçılarının ən mühüm vəzifəsi adlandırıblar.
İslam İnqilabının Böyük Rəhbərinin ofisinin rəsmi internet səhifəsində yer alan məlumata görə, Həzrət Ayətullahülüzma Xamenei Böyük Həcc Konqresi münasibətilə etdikləri müraciətdə İslam Dünyası məsələlərinə diqqətin göstərilməsini və İslam Ümməti ilə əlaqəli məsələlərdə uzunmüddətli və hərtərəfli baxışı allah evi zəvvarları və həcc ziyarəti təşkilatçılarının ən mühüm vəzifəsi adlandırıb və buyurublar: Müsəlmanların birliyi, Fələstin məsələsi və həqiqi Məhəmməd(s.ə.s) İslamı ilə Amerikasayağı İslam arasındakı fərqə tam ayıqlıq tələb edən baxış İslam Dünyasının üç əsas prioritetidir ki, İslam Ümməti bəsirət və uzaqgörənliklə bu məsələlər qarşısındakı vəzifələri və üzərinə düşən məsuliyyətləri yerinə yetirməlidir.
Ardı var...